Musa Qurbanlı "Yurqorden"in start heyətində

18:32 - 3 Sentyabr 2023

Futbol üzrə İsveç çempionatında 22-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" səfərdə "Norrçöpinq"in qonağıdır. Komandaların bu görüşdə meydana çıxacağı heyətlər müəyyənləşib.

Musa qarşılaşmaya start heyətdə başlayacaq.

Qeyd edək ki, "Norrçöpinq" - "Yurqorden" matçı Bakı vaxtilə saat 19:30-da start götürəcək.

Xəbər xətti