Musanın oynadığı matçda "Yurqorden" qələbə qazandı

21:40 - 3 Sentyabr 2023

İsveç Allsvenskanində 22-ci turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" səfərdə "Norrçöpinq"in qonağı olub. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Musa Qurbanlı da bu görüşün iştirakçısı olub. 21 yaşlı forvard matça start heyətdə başlayıb və 90-cı dəqiqədə əvəzlənib.

Xallarını 40-a yüksəldən "Yurqorden" 16 komanda arasında turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Xəbər xətti