Futbol üzrə Albaniya çempionatında 2-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatia" səfərdə "Kukesi" ilə qarşılaşıb. Matç qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Vüsal İsgəndərli də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan 27 yaşlı yarımmüdafiəçi 90 dəqiqə oynayıb. O, 58-ci dəqiqədə komandasının sonuncu qolunu vurub.
2 turdan sonra aktivində 3 xal olan "Eqnatia" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi