"Qarabağ" Türkiyədə çempion oldu

13:33 - 4 Sentyabr 2023

Türkiyədə keçirilən “Karatepe Cup” turnirinə yekun vurulub.

Sportal.az xəbər verir ki, finalda "Qarabağ"ın U-15 komandası “Hisareyn Spor Green” ilə qarşılaşıb. 5:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisi turnirin qalibi olub.

Həlledici qarşılaşmada qolları Polad Hüseynov, Səid Nueiyev, Əli Bəşirov, Hüseyn Bayramov və Riad Qaradağlı vurublar. Qapıçı Bilal Hacıyev isə komandasını penaltidən xilas edib.

Xəbər xətti