Çempionlar Liqası: "Birbaşa Bakı" qrupu lider tamamladı

21:20 - 7 Sentyabr 2023

"Birbaşa Bakı" minifutbol üzrə Çempionlar Liqasında üçüncü oyununu keçirib.

Sportal.az xəbər verir ki, təmsilçimiz Albaniyanın "Prestij" kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma "Birbaşa Bakı"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarının sayını 9-a çatdıran Azərbaycan komandası qrup lideri kimi 1/8 finala vəsiqə qazanıb. Bu raundun görüşləri sabah olacaq.

Qeyd edək ki, "Birbaşa Bakı" daha əvvəl Moldovanın "Volta" klubuna 4:1, Yunanıstan çempionu "Maqufana"ya 3:1 hesabı ilə qalib gəlib.

 

Xəbər xətti