"Qarabağ" Şahruddinin yeni klubunu açıqladı - YENİLƏNİB - VİDEO

16:28 - 8 Sentyabr 2023

"Qarabağ"dan ayrılan Şahruddin Məhəmmədəliyevin yeni klubu bəlli olub.

Sportal.az Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, təcrübəli qolkiper Türkiyənin "Adana Demirspor" klubuna keçib.

******

Şahruddin Məhəmmədəliyevin "Qarabağ"dan ayrılacağı dəqiqləşib.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi sosial şəbəkə hesabında video paylaşaraq 29 yaşlı qapıçıya təşəkkür edib.

Qeyd edək ki, Azərbaycan milli komandasının da üzvü olan qolkiper Türkiyənin "Adana Demirspor" klubuna keçəcək.

Xəbər xətti