Şahruddin Məhəmmədəliyev "Adana Demirspor"la müqavilə imzaladı - FOTO

16:37 - 8 Sentyabr 2023

"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevin "Adana Demirspor"a transferi rəsmiləşib.

Sportal.az xəbər verir ki, 29 yaşlı "əlcək sahibi" Super Liqa təmsilçisi ilə 2 illik müqavilə imzalayıb. Bu barədə Türkiyə klubunun mətbuat xidmədi məlumat yayıb.

Qeyd edək ki, "Qarabağ" Şahruddin Məhəmmədəliyevi 2016-cı ilin yanvar ayında "Sumqayıt"dan transfer etmişdi. Azərbaycan milli komandasının üzvü Ağdam təmsilçisinin heyətində 131 rəsmi matçda meydana çıxıb.


Xəbər xətti