"Qarabağ"ın Avropa Liqası oyunları üçün heyəti: Bir futbolçu kənarda qaldı

12:27 - 9 Sentyabr 2023

"Qarabağ" Avropa Liqası qrup mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Sportal.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov siyahıya 24 futbolçunun adını daxil edib. Fransalı hücumçu Adama Diakabinin adı heyətdə yoxdur.

Qapıçılar: Luka Quqeşaşvili, Amin Ramazanov, Andrey Lunyov

Müdafiəçilər: Rahil Məmmədov, Maksim Medvedev, Bəhlul Mustafazadə, Marko Veşoviç, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Toral Bayramov, Bədavi Hüseynov, Kevin Medina, Mateus Silva

Yarımmüdafiəçilər: Julio Romao, Yasin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Leandro Andrade, Riçard Almeyda, Patrik Andrade, Nihad Quliyev

Hücumçular: Hamidu Keyta, Juninyo, Redon Cica, Nəriman Axundzadə

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının H qrupunda "Bayer" (Leverkuzen, Almaniya), "Molde" (Norveç) və "Hekken"lə (İsveç) mübarizə aparacaq.

Xəbər xətti