Belçika milli komandası Avro-2024-ün seçmə mərhələsinin 5-ci turu çərçivəsində səfərdə Azərbaycan yığmasını məğlub edib.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Domeniko Tedesko jurnalistlərin suallarını cavablandırıb:
- Xoşbəxtik ki, qalib gəldik. Əlbəttə ki, performans ürəkaçan deyildi. Daha yaxşı ola bilərdik. İlk yarıda çoxlu problemlərlə qarşılaşdıq. Bu cür oyunlarda ikinci qolu vurmaq lazımdır ki, oyunu öldürəsən. Birinci və ikinci hissədə də vurmaq lazım idi. Bundan sonra rəqibin ümidləri azalır.
- Azərbaycan millisi kifayət qədər şanslar yaratdı. Bu, sizi narahat edir?
- Bəli, edir. Gərək baxaq ki, biz necə müdafiə olunduq, rəqib necə epizodlar yaratdı. Baxacağıq ki, nəyi dəyişə bilərik. Dünən də demişdim ki, çox adama asan gəlir, rahat olacaq deyə düşünür. Meydança yaxşı deyildi. Azərbaycan millisi də futbol oynayırdı. Hər şeyin qarşısını almaq lazım deyil. Uzun toplarda çətinlik çəkdik. Qapıçımız da seyvlər etdi.
- Bir sıra epizodlarda futbolçuları pressinq etməyə çağırırdız. Komandanın pressinqindən razı deyildiz?
- Təzyiq göstərə bilməməyimiz problem idi. Paslar kifayət qədər olmayanda, rəqib pressinqdən çıxa bilir. Bunun üzərində işləmək lazımdır.
- Trossardın oyunundan razı qaldız?
- Çətin idi. Epizodlarda yaxşı hərəkətlər etdi. Qol vurmaq şansları da var idi.
Mirbağırağa
saytlarin hazirlanmasi