"Sumqayıt"ın futbolçusu oynadı, millimizin rəqiblərinin oyununda 5 qol

21:52 - 9 Sentyabr 2023

Avro-2024-ün seçmə mərhələsində 5-ci tura yekun vurulub.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının yer aldığı F qrupunda Estoniya doğma meydanda İsveçi qəbul edib. Qarşılaşma qonaqların 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 6-ya yüksəldən İsveç qrupda 3-cü pillədə qərarlaşıb. 1 xalı olan Estoniya isə 4-cü yerdədir.

Estoniya yığmasının formasını geyinin "Sumqayıt"ın futbolçusu Erik Sorqa da bu görüşün iştirakçısı olub. 24 yaşlı hücumçu 46-cı dəqiqədə meydana daxil olub.

Estoniya - İsveç 0:5

Qollar: Gyokeres, 18, Kulusevski, 24, İask, 39, Quaison, 76, Klaesson, 90+2

Xəbər xətti