Milli komandaların oyunları ilə bağlı Premyer Liqada yaranmış fasilədən istifadə edən "Qəbələ" yoxlama matçı keçirəcək.
Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" "Araz-Naxçıvan"la qarşılaşacaq. Qəbələ şəhər stadionunda baş tutacaq görüş saat 17:00-da başlayacaq.
Qarşılaşmadan sonra məşqlərini öz arenasında gerçəkləşdirəcək "Qəbələ" VI turun “Turan Tovuz”la səfər matçına Qəbələdən yollanacaq.
Xatırladaq ki, sentyabrın 17-də Tovuz şəhər stadionunda keçiriləcək “Turan Tovuz” – “Qəbələ” oyunu saat 16:30-da başlayacaq.
saytlarin hazirlanmasi