Futbol üzrə Albaniya çempionatında 3-cü turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatia" doğma meydanda "Erzeni"ni qəbul edib. Qarşılaşma ev sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.
Vüsal İsgəndərli də bu görüşün iştirakçısı olub. 28 yaşlı yarımmüdafiəçi matça start heyətdə çıxıb və 71-ci dəqiqədə əvəzlənib. O, 34-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Xallarını 6-ya yüksəldən "Eqnatia" 10 komanda arasında turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi