Türkiyənin "Hatayspor" klubunun fəxri prezidenti Lütfü Savaş komandanın yeni transferləri haqda danışıb.
Sportal.az xəbər verir ki, yerli mətbuata açıqlama verən klub rəhbəri "Qrasshopper" transfer etdikləri Renat Dadaşov haqda da fikirlərini bildirib. O, azərbaycanlı hücumçunun gələcək vəd edən futbolçu olduğunu bildirib:
"Honduras milli komandasının üzvü Riqoberto Rivası aldıq. Bu oyunçu önümüzdəki matçlarda komandada öz yerini alacaq. Azərbaycan milli komandasında çıxış edən Renat Dadaşovu transfer etdik. Yeni oyunçularımız ölkələrinin ya əsas, ya da U-21 yığmalarında çıxış edirlər. Yəni gələcək üçün bizə ümid verən futbolçulardır. Bu dörd oyunçudan ən azı üçü Super Liqanın "Fatih Karagümrük"lə matçında meydanda olacaq".
saytlarin hazirlanmasi