Millimizin üzvü "Fənərbaxça"nı "Qalatasaray"a dəyişdi

19:29 - 14 Sentyabr 2023

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Nazlıcan Parlak Türkiyədə klubunu dəyişib.

Sportal.az xəbər verir ki, "Fənərbaxça"dan ayrılan 30 yaşlı yarımmüdafiəçi "Qalatasaray"a keçib. Bu barədə "sarı-qırmızılar"ın mətbuat xidməti məlumat yayıb.

Təcrübəli orta xətt oyunçusu "Qalatasaray"la 2023/2024 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Xəbər xətti