Ramil Şeydayevdən iki asist, komandası darmadağınla qalib gəldi - VİDEO

17:53 - 15 Sentyabr 2023

Futbol üzrə Tailand çempionatında 4-cü turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi "Buriram Yunayted" doğma meydanda "Trat"ı qəbul edib. Qarşılaşma ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Ramil Şeydayev də bu görüşün iştirakçısı olub. 27 yaşlı forvard matça start heyətdə başlayıb və 78-ci dəqiqədə əvəzlənib. O, komandasının 1-ci və 4-cü qollarının məhsuldar ötürməsini edib.

4 turdan sonra 10 xal toplayan "Buriram Yunayted" çempionatın lideridir.

Xəbər xətti