"Qarabağ" - "Molde" oyununun biletləri satışa çıxarılır

22:04 - 15 Sentyabr 2023

UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” - “Molde” (Norveç) oyununun biletləri sabah saat 12:00-dan iticket.az-da satışa çıxarılacaq.

Sportal.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.

Satış məntəqələri:

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Yeni satış məntəqəsi “Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.

Xəbər xətti