Futbol üzrə Türkiyə I Liqasında 5-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Coşqun Diniyevin formasını geyindiyi "Ümraniyespor" doğma meydanda "Çorum"u qəbul edib. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Coşqun Diniyev bu görüşün iştirakçısı olub. 28 yaşlı yarımmüdafiəçi 46-cı dəqiqədə meydana daxil olub və sona qədər oynayıb.
5 turdan sonra aktivində 2 xal olan "Ümraniyespor" turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi