"Adana Demirspor" Şahruddinsiz qələbə qazandı

12:10 - 17 Sentyabr 2023

Türkiyə Super Liqasında 5-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Şahruddin Məhəmmədəliyevin formasını geyindiri "Adana Demirspor" doğma meydanda "Pendikspor"u qəbul edib. Qarşılaşma Adana təmsiçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Şahruddin bu görüşün iştirakçısı olmayıb. 29 yaşlı qolkiper matçı ehtiyat oyunçular skamyasından izləyib.

4 oyun keçirən "Adana Demirspor" 8 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Xəbər xətti