Cənubi Koreya çempionatında 30-cu turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun formasını geyindiyi "Tejon Xana Sitizen" səfərdə lider "Ulsan"ın qonağı olub. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
Anton Krivotsyuk da bu görüşün iştirakçısı olub. 25 yaşlı müdafiəçi 71-ci dəqiqədə meydana daxil olub.
30 turdan sonra 38 xal toplayan "Tejon Xana Sitizen" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi