PSJ-nin daha bir futbolçusu Qətər klubunda

14:28 - 17 Sentyabr 2023

PSJ-nin daha bir futbolçusu karyerasını Qətərdə davam etdirəcək.

Sportal.az xəbər verir ki, Yulian Draksler "Əl Əhli" klubuna keçib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Artıq Qətərin paytaxtı Dohada olan almaniyalı yarımmüdafiəçi bu gün tibbi müayinədən keçəcək. 29 yaşlı orta xətt oyunçusu yeni klubu ilə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacaq.

PSJ ilə 2024-cü ilin yayına qədər müqaviləsi olan 29 yaşlı futbolçu ötən mövsüm icarə əsasında "Benfika"da oynayıb. O, 2017-ci ildən Paris təmsilçisində çıxış edir.

Qeyd edək ki, PSJ-nin futbolçusu Marko Verratti Qətərin "Əl Ərəbi" klubuna keçib.

Xəbər xətti