Renat Dadaşov "Hatayspor"da debüt etdi

23:02 - 18 Sentyabr 2023

Futbol üzrə Türkiyə Super Liqasında 5-ci tura yekun vurulub.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının üzvü Renat Dadaşovun formasını geyondiyi "Hatayspor" səfərdə "Fatih Karagümrük"ün qonağı olub. Qarşılaşma 0:0 hesablı bərabərliklə başa çatıb.

Renat Dadaşov bu oyunda yeni komandasının heyətində debüt edib. 24 yaşlı forvard 63-cü dəqiqədə meydana daxil olub.

5 turdan sonra 7 xal toplayan "Hatayspor" 20 komanda arasında turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Xəbər xətti