"Qarabağ" - "Molde" matçının hakimləri açıqlandı

12:55 - 19 Sentyabr 2023

"Qarabağ" Avropa Liqası qrup mərhələsinin ilk turu çərçivəsində Bakıda "Molde"ni qəbul edəcək.

Sportal.az xəbər verir ki, bu qarşılaşmanın təyinatları açıqlanıb. Matçı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Con Biton olacaq. Ona həmyerliləri olan yan xətt jakimləri Daniel Makfarlan və Duqlas Potter kömək edəcək. Dördüncü hakim funksiyasını isə Metyu Makdermid yerinə yetirəcək.

VAR-da Nikolas Valş, AVAR-da isə Steven Makleyn yer alacaq.

Qeyd edək ki, "Qarabağ" - "Molde" qarşılaşması 21 sentyabr tarixində saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Xəbər xətti