"Dinamo" - "Astana": Mahir start heyətdə

21:55 - 21 Sentyabr 2023

Avropa Konfrans Liqasında qrup mərhələsinin ilk turunun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin formasını geyindiyi "Dinamo" doğma meydanda "Astana"nı qəbul edir.

Komandaların bu görüşdə meydana çıxacağı "11-liklər" məlum olub. Azərbaycanlı hücumçu matça start heyətdə başlayacaq.

Qeyd edək ki, "Dinamo" - "Astana" qarşılaşması Bakı vaxtilə saat 23:00-da başlayacaq.

Xəbər xətti