Mahir oynadı, "Dinamo"dan darmadağın

00:56 - 22 Sentyabr 2023

Avropa Konfrans Liqasında qrup mərhələsinin ilk turunun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Mahir Emrelinin formasını geyindiyi "Dinamo" doğma meydanda Qazaxıstanın "Astana" klubunu qəbul edib. Qarşılaşma Zaqreb təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Mahir Emreli də bu görüşün iştirakçısı olub. 26 yaşlı forvard matçda start heyətdə başlayıb və 65-ci dəqiqədə əvəzlənib.

Xəbər xətti