Cəlal Hüseynov 90 dəqiqə oynadı, "Arda" qalib gəldi

19:10 - 23 Sentyabr 2023

Futbol üzrə Bolqarıstan çempionatında 10-cu turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki. Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun formasını geyindiyi "Arda" doğma meydanda "Haber"i qəbul edir. Qarşılaşma Kırcalı təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Cəlal Hüseynov matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.

8 oyun keçirən "Arda" 16 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Xəbər xətti