Stokholm derbisi: Musa Qurbanlı start heyətdə

16:20 - 24 Sentyabr 2023

Futbol üzrə İsveç çempionatında 24-cü turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" səfərdə AİK-in qonağıdır.

Komandaların Stokholm derbisində meydana çıxacağı start heyətlər məlum olub. Musa qarşılaşmaya ilk "11-lik"də çıxacaq.

Qeyd edək ki, AİK - "Yurqorden" görüşü Bakı vaxtilə saat 17:00-da başlayacaq.

Xəbər xətti