"Qarabağ" legioneri ilə yeni müqavilə imzaladı

18:54 - 24 Sentyabr 2023

“Qarabağ” Marko Yankoviçlə müqaviləni yeniləyib.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi ilə 28 yaşlı yarımmüdafiəçi arasında anlaşma iki il müddətinə uzadılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Monteneqrolu futbolçunun yeni müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

2022-ci ilin yayından komandada çıxış edən Yankoviç “Qarabağ” forması ilə keçirdiyi 53 oyunda 3 qol vurub.

Xəbər xətti