Musa Qurbanlı oynadı, komandası derbidə uduzdu

19:19 - 24 Sentyabr 2023

Futbol üzrə İsveç çempionatında 24-cü turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" səfərdə AİK-in qonağı olub. Stokholm derbisi meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Musa Qurbanlı da bu oyunun iştirakçısı olub. 21 yaşlı forvard matça start heyətdə başlayıb və 53-cü dəqiqədə əvəzlənib.

24 turdan sonra 40 xal toplayan "Yurqorden" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Xəbər xətti