Şahruddin "Adana Demirspor"da debüt etdi

23:05 - 24 Sentyabr 2023

Türkiyə Super Liqasında 6-cı turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor" səfərdə "Kasımpaşa"nın qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Şahruddin də bu görüşün iştirakçısı olub. 29 yaşlı qolkiper əsas qapıçı Ertaç Özbir qırmızı vərəqə gördüyü üçün 23-cü dəqiqədə meydana daxil olub.

5 oyun keçirən "Adana Demirspor" 8 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Xəbər xətti