Mahir Emreli rəmzi heyətə seçildi - FOTO

16:51 - 26 Sentyabr 2023

Xorvatiya çempionatında 9-cu turun rəmzi komandası açıqlanıb.

Sportal.az xəbər verir ki, "Dinamo"nun azərbaycanlı hücumçusu Mahir Emreli də simvolik "11-lik"də yer alıb. 26 yaşlı forvardın çıxışı 8,3 balla qiymətləndirilib.

Mahir Zaqreb təmsilçisinin "Rudes"i 5:1 hesabı ilə məğlub etdiyi qarşılaşmada 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, millimizin üzvü cari mövsümdə ikinci dəfə Xorvatiya çempionatında həftənin rəmzi heyətinə seçilib.


Xəbər xətti