Araz Abdullayev komandasının qələbəsində pay sahibi oldu

16:17 - 28 Sentyabr 2023

Futbol üzrə Kosovo Superliqasında 7-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi "Lapi" səfərdə "Malişeva" ilə qarşılaşıb. Matç qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Araz Abdullayev də bu görüşün iştirakçısı olub. 31 yaşlı vinger 82-ci dəqiqədə meydana daxil olub. O, komandasının ikinci qolunun ötürməsini edib.

Xallarını 16-ya yüksəldən "Lapi" çempionatın lideridir.

Xəbər xətti