Musa Qurbanlı üçün növbəti sınaq

10:22 - 30 Sentyabr 2023

İsveç çempionatında 25-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının üzvü Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" də növbəti matçına çıxacaq. Stokholm təmsilçisi doğma meydanda "Halmstads"ı qəbul edəcək.

Qarşılaşma Bakı vaxtilə saat 17:00-da start götürəcək.

20 turdan sonra 40 xal toplayan "Yurqorden" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Xəbər xətti