Futbol üzrə Niderland I Divizionunda 8-ci turun görüşləri keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" doğma meydanda "Dordrext"i qəbul edib. Qarşılaşma 1:1 bərabərliklə başa çatıb.
Ozan Can Kökçü də bu oyunun iştirakçısı olub. 24 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.
8 turdan sonra 11 xal toplayan "Eyndhoven" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi