Bəxtiyar 90 dəqiqə oynadı, "Tuzlaspor" heç-heçə etdi - VİDEO

21:29 - 30 Sentyabr 2023

Türkiyə 1-ci Liqasında 7-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Bəxtiyar Həsənalızadənin formasını geyindiyi "Tuzlaspor" öz meydanında "Şanlıurfaspor"u qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Bəxtiyar da bu görüşün iştirakçısı olub. 31 yaşlı mərkəz müdafiəçisi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.

7 turdan sonra 4 xal toplayan "Tuzlaspor" turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Xəbər xətti