"Qəbələ"nin avrokubok matçının biletləri satışda

16:10 - 3 Oktyabr 2023

"Qəbələ" və Macarıstanın “Puşkaş Akademiya” komandası arasında gerçəkləşəcək UEFA Gənclər Liqasının I mərhələsinin ilk matçının biletləri satışa çıxarılıb.

Sportal.az "qırmızı-qaralar"ın rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, azarkeşlər qiyməti 2 manat olan biletləri klubun "fan shop"undan ala bilərlər.

Qeyd edək ki, oktyabrın 4-də Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.

Xəbər xətti