Estoniya milli komandasının Avro-2024-ün seçmə mərhələsinin Azərbaycanla oyunu üçün heyəti açıqlanıb.
Sportal.az xəbər verir ki, baş məşqçi Tomas Heberli 24 futbolçuya dəvət göndərib.
Qapıçılar: Karl Yakob Hein (“Arsenal”, İngiltərə), Matvey İqonen (“Hebır", Pazarcik, Bolqarıstan), Karl Andre Vallner (“Levadiya”)
Müdafiəçilər: Karol Mets (“Sankt-Pauli”, Almaniya), Yoonas Tamm (“Botev”, Bolqarıstan), Artur Pikk (“Odra”, Polşa), Marten Kuusk (“Uypeşt”, Macarıstan), Maksim Paskotşi (“Qrasshopper”, İsveçrə), Ken Kallaste, Mixael Lilander (hər ikisi “Flora”), Rasmus Peetson (“Levadiya)
Yarımmüdafiəçilər və hücumçular: Henri Anier (“Li Man”, Honkonq), Mattias Kayt (“Rapid”, Rumıniya), Erik Sorqa (“Sumqayıt”, Azərbaycan), Vlasi Sinyavski (“Slovatsko”, Çexiya), Markus Pum (“Şemrok Rovers”, İrlandiya), Georgi Tunyov (“Peskara”, İtaliya), Boqdan Vaşuk (“Vozdovats”, Serbiya), Rokko Robert Şeyn (“Dordrext", Niderland), Aleks Mattias Tamm (“Nımme Kalyu”), Konstantin Vasilyev, Sergey Zenyov, Henrik Oyamaa, Martin Miller (hamısı “Flora”).
Qeyd edək ki, Estoniya - Azərbaycan qarşılaşması oktyabrın 13-də Tallində baş tutacaq.
saytlarin hazirlanmasi