Mahir oynadı, "Dinamo" uduzdu

00:09 - 6 Oktyabr 2023

Avropa Konfrans Liqasında qrup mərhələsinin ikinci turunun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi "Dinamo" səfərdə "Ballkani"nin qonağı olub. Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Mahir Emreli də bu görüşün iştirakçısı olub. 26 yaşlı forvard 46-cı dəqiqədə meydana daxil olub. O, 38-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

2 turdan sonra 3 xal toplayan "Dinamo" qrupda üçüncü yerdədir.

Xəbər xətti