Millimizin üzvü komandasına səfərdə qələbə qazandırdı - VİDEO

10:57 - 7 Oktyabr 2023

Futbol üzrə Niderland I Divizionunda 9-cu turun görüşləri keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" səfərdə "Den Boş"la qarşılaşıb. Matç qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.

Ozan Can da bu oyunun iştirakçısı olub. 25 yaşlı yarımmüdafiəçi qarşılaşmaya start heyətdə başlayıb və 90-cı dəqiqədə əvəzlənib. O, 55-ci dəqiqədə komandasına qələbə qazandıran qolu vurub.

Xallarını 17-yə yüksəldən "Eyndhoven" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Komanda lider "Roda"dan 5 xal geri qalır.

Xəbər xətti