Vüsal İsgəndərli oynadı, komandası böyükhesablı qələbə qazandı

12:19 - 7 Oktyabr 2023

Futbol üzrə Albaniya çempionatında 8-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatia" doğma meydanda "Dinamo Siti"ni qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Vüsal İsgəndərli də bu görüşün iştirakçısı olub. 28 yaşlı yarımmüdafiəçi matça start heyətdə çıxıb və 74-cü dəqiqədə əvəzlənib.

Xallarını 16-ya yüksəldən "Eqnatia" 10 komanda arasında turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

Xəbər xətti