Musa Qurbanlı start heyətdə

18:41 - 8 Oktyabr 2023

Futbol üzrə İsveç çempionatında 26-cı turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" səfərdə "Varberqs"in qonağıdır.

Komandaların bu matçda meydana çıxacağı start heyətlər məlum olub. Musa qarşılaşmaya ilk "11-lik"də çıxacaq.

Qeyd edək ki, "Varberqs" - "Yurqorden" görüşü Bakı vaxtilə saat 19:30-da başlayacaq.

Xəbər xətti