Xorvatiya çempionatı: Mahir ilk "11-lik"də

18:59 - 8 Oktyabr 2023

Xorvatiya çempionatında 11-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin formasını geyindiyi "Dinamo" doğma meydanda "İstra"nı qəbul edir.

Komandaların bu görüşdə meydana çıxacağı "11-liklər" məlum olub. Azərbaycanlı hücumçu matça start heyətdə başlayacaq.

Qeyd edək ki, "Dinamo" - "İstra" qarşılaşması Bakı vaxtilə saat 19:15-də başlayacaq.

Xəbər xətti