Ramil Şeydayev oynadı, komandası heç-heçə etdi

21:03 - 8 Oktyabr 2023

Bu gün Tayland çempionatında 7-ci tura start verilib.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Buriram Yunayted” doğma meydanda "Çomburi"ni qəbul edib. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.

Şeydayev meydana start heyətində çıxıb və 89-cu dəqiqədə əvəzlənib.

Hazırda “Buriram Yunayted” 14 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Xəbər xətti