"Qarabağ" azarkeşlərindən "Neftçi"yə: "Yaxşı olmadı"

21:25 - 8 Oktyabr 2023

"Qarabağ" Azərbaycan Premyer Liqasının 9-cu turunda səfərdə "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin azarkeşləri matçın sonlarında maraqlı addım ilə gündəmə gəliblər. Onlar "Yaxşı olmadı" yazılmış plakat havaya qaldırıblar.

Bundan əlavə qonaq fanatlar "Neftçi"nin baş məşqçisi Adrian Mutunun ünvanına "İstefa" şüarları səsləndirib.

Qeyd edək ki, "Neftçi"nin sosial şəbəkə hesabları bir müddət öncə "Yaxşı olacaq" başlığı ilə paylaşım etmişdi.


Xəbər xətti