"Qarabağ"ın qapıçısından AFFA-ya: "Gözünüzü açın" - FOTO

16:16 - 9 Oktyabr 2023

"Qarabağ"ın qapıçısı Lauka Quqeşaşvili instaqram hesabında maraqlı paylaşım edib.

Sportal.az xəbər verir ki, gürcü qolkiper Azərbaycanın U-21 millisinə dəvət almayan komanda yoldaşı Amin Ramazanova dəstək olub. Luka AFFA-nın və milli komandaların rəsmi səhəfələrini işarələyərək "Güzünüzü açın" yazıb.

Qeyd edək ki, "Qarabağ"dan U-21 millisinə heç bir futbolçu dəvət olunmayıb. 20 yaşlı Amin Ramazanov bu mövsüm Premyer Liqada 2 oyun keçirib.


Xəbər xətti