"Qarabağ"ın legionerləri milli komandalara dəvət aldılar

19:46 - 9 Oktyabr 2023

"Qarabağ"ın dörd legioneri ölkələrinin milli komandalarına çağırılıb.

Sportal.az xəbər verir ki, Marko Yankoviç Monteneqro millisinin oktyabrın 12-də Livan ilə beynəlxalq yoldaşlıq, oktyabrın 17-də isə AVRO-2024-ün seçmə mərhələsində Serbiya ilə oyunlarına dəvət alıb.

Luka Quqeşaşvili Gürcüstan millisinin oktyabrın 12-də Tailand ilə beynəlxalq yoldaşlıq, oktyabrın 15-də isə AVRO-2024-ün seçmə mərhələsində Kipr ilə oyunlarına çağırılıb.

Leandro Andrade və Patrik Andrade Kabo Verde millisinin oktyabrın 12-də Əlcəzair, oktyabrın 17-də Komor adalarına qarşı yoldaşlıq oyunlarına dəvət ediliblər.

Xəbər xətti