DİN rəsmisi: "Qarabağ"ın futbolçusu zərərçəkən şəxs kimi polis şöbəsinə dəvət edilib"

23:05 - 9 Oktyabr 2023

Premyer Liqanın "Neftçi" ilə matçından sonra "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevin polis bölməsinə aparılması ilə bağlı xəbərlər yayılmışdı.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Sportal.az saytına bildirdi ki, futbolçu Elvin Cəfərquliyevin “Neftçi” - “Qarabağ” oyunundan sonra saxlanılması barədə yayılan məlumatlar yanlışdır:

"Qarşılaşmadan sonra E.Cəfərquliyev çantasının oğurlanması barədə stadionda olan polis əməkdaşlarına məlumat verib. Futbolçunun çantasını oğurlayan stadiona azərkeş qismində gələn şəxs polislər tərəfindən müəyyən edilərək saxlanılıb və çanta sahibinə qaytarılıb. Daha sonra E.Cəfərquliyev zərərçəkən şəxs kimi izahatının alınması üçün polis şöbəsinə dəvət edilib. Araşdırmalar davam etdirilir".

Xəbər xətti