"Qəbələ"nin legioneri: "Məqsədimiz keçirəcəyimiz bütün oyunlarda qalib gəlməkdir"

17:35 - 12 Oktyabr 2023

"Qəbələ" üç günlük istirahətin ardından məşqləri bərpa edib.

Sportal.az xəbər verir ki, "CBC Sport" kanalı bölgə təmsilçisinin hazırlıq prosesindən reportaj hazırlayıb. "Qırmızı-qaralar"ın yarımmüdafiəçisi Bilel Auşeriya komandanın ilk dövrədəki performansını dəyərləndirib:

"İstədiyimiz mövqedə deyilik. 9 oyunun ikisində qələbə qazanmışıq. Amma son matçdakı dinamika və hərəkətlilik göstərdi ki, biz daha yaxşı oynaya bilərik. Bunu edə bilsək, nəticələr də gələcək. Məqsədimiz keçirəcəyimiz bütün oyunlarda qalib gəlməkdir. İkinci dövrə gələn həftə start götürəcək. "Araz-Naxçıvan"la görüşə köklənmişik".

Xəbər xətti