Avro-2024-ün seçmə mərhələsinin bu gecə baş tutacaq oyunları bir dəqiqəlik sükutla başlayacaq.
Sportal.az xəbər verir ki, buna səbəb Belçika - İsveç matçı zamanı baş verən hadisədir. Məlumatı UEFA-nın rəsmi saytı yayıb.
Qeyd edək ki, dünən keçirilən Belçika - İsveç qarşılaşması Brüsseldə baş vermiş terror hadisəsinə görə fasilədə təxirə salınmışdır. Oyundan əvvəl silahlı şəxsin isveçli azarkeşlərə atəş açması nəticəsində iki nəfər həlak olub.
saytlarin hazirlanmasi