Zaqreb "Dinamo"sunun hücumçusu Mahir Emreli zədələnib.
Sportal.az xəbər verir ki, bu barədə Xorvatiya klubunun baş məşqçisi Sergey Yakiroviç yerli mətbuata açıqlamasında məlumat verib.
26 yaşlı forvard komandanın dünən keçirilən məşqində baldırında ağrılar hiss edib. Baş məşqçi azərbaycanlı futbolçunun zədəsinin ciddi olmadığını bildirib.
Qeyd edək ki, Mahir Emreli cari mövsümdə "Dinamo"nun heyətində meydana çıxdığı 15 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi