"Qarabağ"da ciddi itki: "Bayer"ə qarşı oynamayacaq

11:31 - 21 Oktyabr 2023

"Qarabağ" Avropa Liqası qrup mərhələsinin üçüncü turunda səfərdə "Bayer"in qonağı olacaq.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi Almaniya səfərinə ciddi itki ilə yollanacaq.

Yarımmüdafiəçi marko Yankoviç Monteneqro milli komandasının heyətində zədələnib. Bu barədə baş məşqçi Qurban Qurbanov məlumat verib. 28 yaşlı futbolçu 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Bayer" - "Qarabağ" qarşılaşması 26 oktyabr tarixində Bakı vaxtilə saat 23:00-da start götürəcək.

Xəbər xətti